dcsv.me 🟢 7266 Online
𝗠𝗶𝘄𝗾𝗮𝗟𝗮𝗻𝗱 🇦🇿 Avatar
38
80
80
Miembro
38
Online
1
Sonido
18
Boost

𝗠𝗶𝘄𝗾𝗮𝗟𝗮𝗻𝗱 🇦🇿

58 Votar
108 #Público septiembre 2016
avatar 7
alakbar. @alakbar

Azerbaijan - Azərbaycan - Azerbaycan - Aze - Az

𝗠𝗶𝘄𝗾𝗮𝗟𝗮𝗻𝗱 🇦🇿 serveri 2016-dan sonra ilk dəfə ''public'' olaraq fəaliyyətə başladı. Gününüzü əyləncəli keçirmək və serverə dəstək olmaq üçün qatıla bilərsiniz!

Serverin çox maraqlı quruluşu və məzmunu var. Server güclü idarə etmə heyətinə sahibdir. Bütün heyət mühakimə qabiliyyətinə sahib insanlardan seçilib. Belə ki, digər serverlərdən haqsız yerə banlananlar üçün mükəmməl bir yer ola bilər. Ayrı-seçkilik etmədən bütün azərbaycanlıları bu serverdə görmək diləyi ilə...

Nə vaxtsa görəcəyin ən yaxşı Azərbaycan chat serveri, türklərə hörmət edən server, hamıya tövsiyyə edirəm.

Çok samimi insanlar <3

MiwqaLand 🇦🇿
Riayət etməli olduğunuz qaydalar;

Bacardığınız qədər sadəcə Azərbaycan dilindən istifadə edin. Başqa bir dildə uzun-uzadı söhbətlər qadağandır.

Uyğunsuz davranış qəbul edilmir. Bütün şərhlərinizi uyğun və mövzuya aid saxlayın. Bununla yanaşı naziçilik, irqçilik, dilənçilik, məzhəb dəyişdirmələri, müzakirə zamanı təhqir və sairə və ilaxır qəbul edilmir. Və şübhəsiz ki, zarafat məqsədiniz moderatorlar tərəfindən anlayışla qarşılanmayacaq. Həmişə digərlərinə qarşı hörmətlə yanaşın.

Jarqonlardan və yaxud da söyüşlərdən istifadə etmək qadağandır. Senzura işlətməyiniz söhbətin məğzinə təsir etməyəcək.

Cinsi və ya cinsi məzmunlu söhbətlər, qanunsuz fəaliyyətlər və kobud danışıqlar qadağandır. Çünki bu mövzuların çoxu NSFW (qəbul edilməyən) kimi qiymətləndirilir.

İdarə heyətinin icazəsi olmadan reklam etmək qəti qadağandır. Bu, şəxsi DM-ləri də əhatə edir.

İdarə heyətinin icazəsi olmadan hər hansı bir şey alış-veriş etmək və buna bənzər tədbirlər etmək qadağandır.

Söhbət və foto-chat kanalları istisna olmaqla digər kanallarda müzakirə etmək qəti qadağandır.

Şəxsi münaqişələrizi söhbət kanallarından uzaq tutun. 18+ səs otaqlarındakı söhbətlər də buna daxildir.

Uyğunsuz istifadəçi adları, statuslar və profil şəkilləri qadağandır. Onları dəyişməyiniz mütləqdir.

Başqa istifadəçiləri, moderatorları və məşhurları təqlid etmək qadağandır.

Oyun oynayarkən və ya yayımlayarkən ''third-party app'' - hiylə işlətmək qəti qadağandır.

Bir çox müxtəlif kanallarımız var və hər biri fərqli bir məqsəd üçündür. Kanalları məqsədinə görə işlədin.

Bu serveri idarə edən könüllülərə qulaq asın və hörmət edin. İdarə heyətinin gücünü sınamaq və ya onları qışqırtmaq qəti qadağandır.


❗ Əgər bir moderatorun sizə ədalətsiz davrandığını düşünürsünüzsə, mübahisə edərək vəziyyəti daha da pisləşdirməyin. Bu məsələ ilə bağlı server sahibinə müraciət etməkdən çəkinməyin.

❗ Bir üzvün qaydalara zidd hərəkət etdiyini gördükdə moderatorlara bildirməkdən çəkinməyin.

❗ Bu serverdə olmaq bütün qaydalarımızla razılaşmağınız deməkdir. Bu qaydalara əməl etməmək cəza ilə nəticələnəcəkdir. Pozuntunun dərəcəsinə görə sizə şifahi xəbərdarlıq edilə bilər, bot ilə manual (əl ilə) xəbərdarlıq edilə bilər, müəyyən bir müddət ərzində susdurula bilər və ya banlana bilərsiniz.

G O R A #YetkiliAlım
GÜNÜN SUNUCUSU